“Qalatasaray” Türkiyə çempionu oldu - 26-cı dəfə

00:00 Türkiyə 58
“Qalatasaray” Türkiyə çempionu oldu - 26-cı dəfə

“Qalatasaray” 2025/2026 mövsümündə Türkiyə Super Liqasının çempionu olub.

Sportinfo.az xəbər verir ki, “sarı-qırmızılılar” buna 33-cü turda RAMS Parkda “Antalyaspor”u 4:2 hesabı ilə məğlub edərək nail olub.

Beləliklə, “Qalatasaray” ən yaxın izləyicisi “Fənərbağça” ilə 4 xallıq fərqi qoruyaraq mövsümün başa çatmasına 1 tur qalmış tarixində 26-cı dəfə çempionluq sevinci yaşayıb.

Son 19 mövsümdə ən çox (4) çempionluq sevincini “Qalatasaray”ın baş məşqçisi Okan Buruk yaşayıb.

Türk futbolunun əfsanəvi baş məşqçisi Fatih Terim isə “Qalatasaray”la 2011/2012, 2012/2013, 2017/2018 və 2018/2019 mövsümlərində 4 dəfə çempion olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
9 May 08:50 "Neftçi" vidalaşdı