“Qalatasaray”ın ulduzları üçün İstanbula axın edəcəklər - Avropa nəhənglərinin elçiləri

01:30 Türkiyə 106
“Qalatasaray”ın ulduzları üçün İstanbula axın edəcəklər - Avropa nəhənglərinin elçiləri

Türkiyə Super Liqasının 31-ci turu çərçivəsində keçiriləcək "Qalatasaray" - "Fənərbaxça" matçına Avropada maraq böyükdür.

Sportinfo.az xəbər verir ki, bir çox klubun nümayəndələri oyunu stadionda izləyəcək. Bu barədə "Milleyet" nəşri məlumat yayıb.

"Real", "Barselona", "Bavariya", "Arsenal", "Napoli" və "Yuventus" İstanbul klubunu bu barədə məlumatlandırıb.

Skautların Viktor Osimhen, Qabriel Sara, Barış Alper və başqa bir neə oyunçuya görə Türkiyəyə təşrif buyuracağı bildirilir.

"Qalatasaray" - "Fənərbaxça" qarşılaşması bu gün keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!