"Fənərbaxça" Kayseri səfərində 4 qolla qalib gəldi - VİDEO

12 Aprel 10:15 Türkiyə 783
"Fənərbaxça" Kayseri səfərində 4 qolla qalib gəldi - VİDEO

Türkiyə Super Liqasında XXIX turun oyunları davam edir.

Sportinfo.az xəbər verir ki, çempionluq mübarizəsini sürdürən “Fənərbaxça” bu tur səfərdə “Kayserispor”un qonağı olub.

Qarşılaşma “sarı-lacivərdlilər”in tam üstünlüyü ilə keçib. Görüşdə hesab ilk hissənin sonunda açılıb. Komandanın ulduz futbolçusu Nqolo Kante rəqib qapısına yol taparaq hesabı 1:0 edib.

İkinci yarıda isə İstanbul təmsilçisi təzyiqi daha da artırıb. Anderson Talişka və Dorgeles Nene ardıcıl qollarla komandanın üstünlüyünü möhkəmləndiriblər.

Matçın son dəqiqələrində braziliyalı ulduz Talişka özünün ikinci, komandasının dördüncü qolunu vuraraq dublunu rəsmiləşdirib – 4:0.

Bu qələbə ilə xallarının sayını 66-ya çatdıran “Fənərbaxça” turnir cədvəlinin ikinci pilləsindəki mövqeyini qoruyub. Onu “Qalatasaray”dan sadəcə 1 xal ayırır.

"Kayserispor" - "Fənərbaxça" 0:4

Qollar: N.Kante, 45+1, A.Taliska, 60, 87, D.Nene, 62

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 18:10 Çək və bizə göndər!
19 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 09:40 “Zirə” cadulanıb?