“İçimizdə xain var, komandanı kim satırsa, onu tapmaq lazımdır” - ŞOK AÇIQLAMA!

10 Aprel 10:20 Türkiyə 902
“İçimizdə xain var, komandanı kim satırsa, onu tapmaq lazımdır” - ŞOK AÇIQLAMA!

Türkiyə Superliqası çərçivəsində ötən gün “Göztepe”yə 3:1 hesabı ilə qalib gələn “Qalatasaray”ın baş məşqçisi Okan Buruk maraqlı açıqlama verib.

Sportinfo.az xəbər verir ki, o, komandanın içindən bir nəfərin oyundan öncə taktiki gedişləri rəqiblərə ötürdüyünü bildirib.

“Bir nəfər hər dəfə “Qalatasaray”ın matçdan öncə müəyyənləşdirilən ilk “11-liy”ni alıb rəqiblərə ötürür. Bunu kimin etdiyini araşdıracağıq.

Komandaya qarşı böyük bir xainlik var. Bu, “Qalatasaray” camiəsinə qarşı xəyanətdir.

Rəqiblərimiz də ona görə hazırlanırlar. Komandanı kim satırsa, bunu tapmaq lazımdır. Xainin kim olduğunu ortaya çıxaracağıq”, - çalışdırıcı vurğualyıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 18:10 Çək və bizə göndər!
19 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 09:40 “Zirə” cadulanıb?