“Fənərbaxça” son dəqiqələrdə vurduğu bu qolla derbini qazandı - VİDEO

10:00 Türkiyə 75
“Fənərbaxça” son dəqiqələrdə vurduğu bu qolla derbini qazandı - VİDEO

Türkiyə Super Liqasının 28-ci həftəsinin mərkəzi qarşılaşmasında “Fənərbaxça” öz meydanında “Beşiktaş”ı minimal hesabla məğlub edib.

Sportinfo.az xəbər verir ki, “Şükrü Saracoğlu” stadionunda baş tutan gərgin derbi meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyunun taleyi ikinci hissəyə əlavə edilmiş dəqiqələrdə həll olunub.

Belə ki, matçın 90+7-ci dəqiqəsində müdafiənin arxasına atılan uzun topa qaçan Nene “Beşiktaş”ın müdafiəçisi Aqbadou ilə mübarizədən sonra cərimə meydançasında yerdə qalıb.

Bundan sonra Hakim Yasin Kol tərəddüd etmədən penalti nöqtəsini göstərib. 90+10-cu dəqiqədə topun başına keçən Kerem Aktürkoğlu dəqiq zərbə ilə “sarı-lacivərdlilər”ə qələbə qazandıran qolu vurub.

Hazırda “Qalatasaray” 64 xalla liderliyini davam etdirsə də, “Fənərbaxça” və “Trabzonspor” hərəsi 63 xalla onu təqib edirlər. “Beşiktaş” isə bu məğlubiyyətdən sonra 52 xalla 4-cü pillədə qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti