Türkiyə Super Liqasında 28-ci turun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, turun mərkəzi qarşılaşmasında "Trabzonspor" doğma meydanda "Qalatasaray"ı qəbul edib.
Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
"Qalatasaray" 64 xalla birinci, "Trabzonspor" 63 xalla ikinci pillədə qərarlaşıb. 1 oyun az keçirən "Fənərbaxça" isə 60 xalla 3-cü sırada yer alıb.
"Trabzonspor" - "Qalatasaray" 2:1
Qollar: P.Onuaçu, 4, C.Nvaivu, 62, - V.Sinqo, 48

