“Fənərbaxça” ilə anlaşan məşhur oyunçu İstanbulda necə qarşılandı? - VİDEO

10:00 Türkiyə 80
“Fənərbaxça” ilə anlaşan məşhur oyunçu İstanbulda necə qarşılandı? - VİDEO

“Fənərbaxça” qış transfer pəncərəsində heyətinə qatdığı Nqolo Kante artıq İstanbuldadır.

Sportinfo.az xəbər verir ki, fransalı yarımmüdafiəçini daşıyan şəxsi təyyarə Sabiha Gökçen Hava Limanına eniş edib.

34 yaşlı ulduz futbolçu hava limanında böyük coşqu ilə qarşılanıb.

İstanbul təmsilçisi ulduz futbolçu ilə 2,5 illik müqavilə imzalayıb. “Fənərbaxça” Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubundan transfer etdiyi Kante üçün 14 milyon 400 min avro imza haqqı ödəyəcək.

Futbolçunun illik maaşı isə növbəti mövsümlərdə 11 milyon avro təşkil edəcək.

Kante “Fənərbaxça”nın bu qış heyətinə qatdığı 5-ci futbolçudur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
4 Fevral 18:10 Çək və bizə göndər!