Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nqolo Kantenin “Fənərbaxça”ya transfer olunmasına kömək edib.
Sportinfo.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin prezidenti Sadettin Saran klubun mətbuat xidmətinə açıqlamasında deyib:
“Şəxsən öz adımdan və klub adından Prezident Ərdoğana Kantenin uğurlu transferinə verdiyi dəstəyə görə təşəkkür edirəm. Bu, həm “Fənərbaxça”ya, həm də bütövlükdə Türkiyə futboluna fayda verəcək”.
Fransalı yarımmüdafiəçi son bir neçə ili Səudiyyə Ərəbistanında – “Əl-İttihad”da oynayıb. O, əvvəllər İngiltərədə “Lester” və “Çelsi”də forma geyinib. Kantenin hazırda 34 yaşı var.
“Fənərbaxça” hazırda Türkiyə Super Liqasında 46 xalla ikinci yerdədir və “Qalatasaray”dan üç xal geri qalır.

