Messi “Qalatasaray”a keçmək üçün şərt qoydu - VİDEO

15:40 Türkiyə 154
Messi “Qalatasaray”a keçmək üçün şərt qoydu - VİDEO

Argentina yığmasının və “İnter Mayami”nin ulduzu Lionel Messi “Qalatasaray”a keçə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə futbol şərhçisi Levent Tüzemen məlumat verib.

O bildirib ki, Messi İstanbul klubuna gəlmək niyyətindədir. Lakin bunun üçün o müxtəlif şərtlər irəli sürüb:

“Messi “Qalatasaray”la sadəcə 12 oyunluq müqavilə imzalamaq istəyir. Həmçinin o, səfər matçlarına getmək istəmir.

Yalnız İstanbulda oynanamaq fikrindədir. Bunlara “Qalatasaray” razılaşsa, müqavilə imzalanacaq”.

Hazırda ABŞ çempionatında fasilədir. Messi isə Argentina yığması ilə dünya çempionatına gedəcəyi üçün futbolsuz qalmaq istəmir. Bu səbəbdən onun hansısa komanda ilə anlaşacağı deyilir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti