Vitse-prezident barədə “çirkli pulların yuyulması” ittihamı ilə həbs qərarı verildi - FOTO

12:00 Türkiyə 85
Vitse-prezident barədə “çirkli pulların yuyulması” ittihamı ilə həbs qərarı verildi - FOTO

İstanbul Cümhuriyyət Baş Prokurorluğu “Qalatasaray”ın keçmiş vitse-prezidenti, tanınmış iş adamı Erden Timurla bağlı aparılan istintaq prosesində yekun qərar qəbul edib.

Sportinfo.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Məlumata görə, İdman Cinayətləri İstintaq Bürosunda başlayan araşdırma çərçivəsində E Timurun həm polisdə, həm də prokurorluqda verdiyi ifadələr təhlil edilib.

Bundan sonra prokurorluq E.Timur haqqında “çirkli pulların yuyulması” ittihamı ilə həbs qərarı verib.

E.Timur ifadəsində qanunsuz mərc baronu kimi tanınan Veysel Şahinə 2014-2015-ci illərdə mənzil satdığını, lakin həmin dövrdə bu şəxsin qanunsuz fəaliyyətlərindən xəbərdar olmadığını bildirib.

Hazırda məhkəmənin həbs tələbi ilə bağlı qərarı gözlənilir.

Digər Xəbərlər
Xəbər Lenti
29 Dekabr 08:40 Yaponiyaya yollandı - FOTO