Asensio “Fənərbaxça”nı yanvarda “Sevilya”ya dəyişəcək?

29 Dekabr 2025 01:40 Türkiyə 874
Asensio “Fənərbaxça”nı yanvarda “Sevilya”ya dəyişəcək?

“Fənərbaxça”nın yarımmüdafiəçisi Marko Asensio yenidən İspaniya La Liqada çıxış edə bilər.

Sportinfo.az xəbər verir ki, “Sevilya” məşhur futbolçunun transferi ilə maraqlanır.

“AS” nəşrinin məlumatına görə, “Sevilya” 29 yaşlı ispan oyunçu üçün yanvar transfer pəncərəsində “Fənərbaxça”ya rəsmi təklif göndərməyi planlaşdırır.

Hücumçunun özünün də ölkəsinə qayıtmaqda maraqlı olduğu iddia edilir.

Asensio mövsümün əvvəlində Paris Sen-Jermendən türk klubuna 7,5 milyon avroya transfer olunub.

O, cari mövsümdə “Fənərbaxça”nın heyətində keçirdiyi 19 rəsmi qarşılaşmada 9 qola imza atıb və 5 asistlə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
20 Oktyabr 16:10 Çək və bizə göndər!
20 Oktyabr 12:50 "Sportinfo TV”də GÜNDƏM
20 Oktyabr 07:30 Premyer Liqanın “100”ü
20 Oktyabr 04:30 "Sabah" NTD-yə qalib gəldi
20 Oktyabr 03:50 "Tarix yazdıq"