Əvvəlki prezident yeni başqanı ziyarət etdi, dəstək verdi

01:40 Türkiyə 104
Əvvəlki prezident yeni başqanı ziyarət etdi, dəstək verdi

“Fənərbaxça”nın sabiq prezidenti Ali Koç hazırkı rəhbər Sadettin Sarana qarşı irəli sürülən ittihamlardan sonra ona dəstək nümayiş etdirib.

Sportinfo.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Məlumata görə, Ali Koç dekabrın 26-da klubun qərargahına gedərək Sadettin Saranla görüşüb.

Səfər zamanı Ali Koç 2025-ci ilin sentyabrında keçirilən seçkilərdən sonra vəzifəsinin icrasına başlayan həmkarına fəaliyyətində tam dəstək olduğunu ifadə edib.

Bu ziyarət Türkiyədə məşhur şəxslərə qarşı aparılan genişmiqyaslı narkotik istintaqı fonunda baş tutub.

İstintaq çərçivəsində saç nümunəsində kokain testi pozitiv çıxan S. Saran “narkotik maddə təmin etmə” və “istifadəyə şərait yaratmaq” ittihamları ilə saxlanılsa da, dekabrın 25-də məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
26 Dekabr 18:10 Çək və bizə göndər!
26 Dekabr 08:40 Bu da 7 qol! - VİDEO
26 Dekabr 02:30 Bu siyahıda onlar da var
26 Dekabr 01:10 İsayevin halı necədir?