Türkiyə Super Liqasında daha bir baş məşqçi ayrılığı gerçəkləşib.
Sportinfo.az xəbər verir ki, "Gənclərbirliyi" Hüseyn Eroğlu ilə yollarını ayırıb.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Razılaşmaya əsasən, 52 yaşlı mütəxəssisin müqaviləsinə xitam verilib.
Hüseyn Eroğlu ötən ilin dekabr ayından "Gənclərbirliyi"nə rəhbərlik edirdi.

