“Qalatasaray” təzminat alacaq - İtaliya klubuna keçir

00:20 Türkiyə 113
“Qalatasaray” təzminat alacaq - İtaliya klubuna keçir

İcarə əsasında “Qalatasaray”da çıxış edən ispaniyalı hücumçu Alvaro Morata yaxın günlərdə İtaliya təmsilçisi “Komo”ya qoşulacaq.

Sportinfoaz xarici KİV-ə istinadən xəbər verir ki, “cim-bom” bu transferə görə 5 milyon avro təzminat alacaq.

Morata “Komo”ya “Milan”dan icarə əsasında keçəcək.

Transfer razılaşmasında məcburi satınalma şərti də yer alacaq ki, bu da gələcəkdə Moratanın “Komo”ya tam keçidini təmin edəcək.

32 yaşlı forvard 2024-cü ilin fevralında “Milan”dan “Qalatasaray”a bir illik icarə əsasında keçmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
8 Avqust 18:10 Çək və bizə göndər!