Kərəm üçün 25 milyon avro təklif edir - “Fənərbaxça”

7 Avqust 18:40 Türkiyə 738
Kərəm üçün 25 milyon avro təklif edir - “Fənərbaxça”

“Fənərbaxça” hücum xəttini gücləndirmək məqsədilə Kərəm Aktürkoğlunu transfer etmək istəyir.

Sportinfo.az “Record”-a istinadən xəbər verir ki, İstanbul təmsilçisi artıq “Benfika” ilə danışıqlara başlayıb.

Klub 26 yaşlı vinger üçün 22 milyon avro sabit məbləğ və əlavə olaraq 3 milyon avroya qədər bonus təklif edir.

Bundan əlavə, ona illik 5 milyon avro maaş təklif olunan şəxsi müqavilə də hazır vəziyyətdədir.

Türk futbolçu son mövsümdə Portuqaliya çempionatında 30 oyunda 11 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
8 Dekabr 18:10 Çək və bizə göndər!
8 Dekabr 08:20 Yeni rəqibi məlum oldu
8 Dekabr 02:40 Nazim nokautla uduzdu