“Fənərbaxça” və “Beşiktaş”ın oyunları təxirə salındı - Avrokuboklara görə

02:10 Türkiyə 171
“Fənərbaxça” və “Beşiktaş”ın oyunları təxirə salındı - Avrokuboklara görə

Türkiyə Superliqasının yeni mövsümün ilk turunun üç oyunu təxirə salınıb.

Sportinfo.az xəbər verir ki, buna səbəb klubların avrokuboklarda iştirak etməsidir.

Məlumatı Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yayıb.

“Fənərbaxça” – “Alanyaspor”, “Kayserispor” – “Beşiktaş” və “Fatih Karagümrük” – “Başakşehir” matçları təyin olunmuş vaxtda baş tutmayacaq. Qarşılaşmaların nə vaxt keçiriləcəyi ilə bağlı məlumat hələlik verilməyib.

“Fənərbaxça” Çempionlar Liqasında, “Beşiktaş” və “Başakşehir” isə Konfrans Liqasının 3-cü təsnifat mərhələsində mübarizə aparır.

Digər Xəbərlər
Xəbər Lenti
5 Avqust 23:40 “Bu, məni qorxutmur”