Osimhenin transferini bitirmək üzrədir - "Qalatasaray"

28 İyul 18:40 Türkiyə 212
Osimhenin transferini bitirmək üzrədir -

“Napoli”nin hücumçusu Viktor Osimhenin “Qalatasaray”a tam transferi demək olar ki, rəsmiləşmək üzrədir.

Sportinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı futbolçu ilə İstanbul təmsilçisi arasında müqavilə şərtləri üzrə tam razılıq əldə olunub.

“Qalatasaray” və “Napoli” də transferlə bağlı razılaşıb. Müqaviləyə əsasən, Osimhenin keçidi üçün İtaliya təmsilçisi 75 milyon avro gəlir əldə edəcək.

Bu məbləğin 40 milyon avrosu dərhal, qalan hissəsi isə növbəti ödənişlərlə köçürüləcək.

Nigeriyalı forvard son mövsümdə “Qalatasaray”da icarə əsasında çıxış edib. O, Türkiyə Super Liqasında 30 oyuna çıxaraq, 26 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
28 İyul 07:10 Bu gün dənizə gedək?