Donnarumma üçün rəsmi təklif göndərdi - “Qalatasaray”

28 İyul 12:20 Türkiyə 291
Donnarumma üçün rəsmi təklif göndərdi - “Qalatasaray”

PSJ-nin qapıçısı Canluici Donnarumma bu yay komandasını dəyişə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Qalatasaray” 26 yaşlı qolkiperlə ciddi şəkildə maraqlanır və artıq rəsmi təklif də göndərib.

Hazırda italiyalı futbolçunun özü qərar verməkdə tərəddüd edir, ancaq “Qalatasaray”ın marağı son günlərdə daha da konkretləşib.

Donnarummanın PSJ ilə müqaviləsinin müddəti bir ildən az müddətdə başa çatacaq və tərəflər arasında gedən danışıqlar hələlik nəticə verməyib.

İtaliya millisinin əsas qapıçısı olan Donnarummanın bazar dəyəri 40 milyon avro təşkil edir. Onun ətrafındakı vəziyyəti yalnız “Qalatasaray” deyil, Avropanın digər klubları da yaxından izləyir.

Digər Xəbərlər
Xəbər Lenti
28 İyul 07:10 Bu gün dənizə gedək?