Pulları çatmadı, onun transferindən imtina etdi - “Fənərbaxça”

28 İyul 2025 01:30 Türkiyə 1 031
Pulları çatmadı, onun transferindən imtina etdi - “Fənərbaxça”

“Fənərbaxça” yay transfer dönəmində heyətinə qatmaq istədiyi PSJ-nin oyunçusu Marko Asensionun transferindən imtina edib.

Sportinfo.az bu barədə “Fanatik” nəşrinə istinadən xəbər verir.

Bildirilib ki, klub daxilində baş tutan iclasda baş məşqçi Joze Mourinyu və idarə heyəti arasında aparılan müzakirələr nəticəsində ispan futbolçunun transferinin reallaşmayacağına qərar verilib.

Məlumata görə, buna səbəb maliyyə problemləri olub.

PSJ-yə məxsus Asensio son olaraq icarə əsasında “Aston Villa”da çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
21 Oktyabr 17:10 Çək və bizə göndər!
21 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM