
“Qalatasaray” “Real”ın qapıçısı Andrey Luninlə danışıqlar aparmayıb və aparmır.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə klubunun baş məşqçisi Okan Buruk məlumat verib.
O, komandanın qapıçı axtarışında olduğunu, lakin ukraynalı futbolçu ilə maraqlanmadıqlarını təsdiqləyib:
"Bir çox başqa variantlar var, biz bunun üzərində işləməyə davam edirik”.
Daha əvvəl Luninin yeni komandada əsas qapıçı olmaq şərti ilə “Real”dan getməyə hazır olduğu, lakin heç kimin ona belə zəmanət vermədiyi bildirilib.
26 yaşlı qolkiper 2024/2025 mövsümündə bütün klub turnirlərində 14 oyun keçirib və 19 top buraxıb. Onun Madrid klubu ilə müqaviləsi 30 iyun 2030-cu ilə qədərdir.