Təxminən 25 milyon avro təklif etdi - Sürpriz transfer cəhdi

27 İyul 00:00 Türkiyə 897
Təxminən 25 milyon avro təklif etdi - Sürpriz transfer cəhdi

“Beşiktaş” yeni mövsüm üçün transfer çalışmalarını davam etdirir.

Sportinfo.az “beIN SPORTS”a (Türkiyə) istinadən xəbər verir, İstanbul nəhəngi “Benfika”da çıxış edən Türkiyə millisinin üzvü Kerem Aktürkoğlu ilə maraqlanır.

Məlumata görə, “qartallar” futbolçu üçün bonuslar da daxil olmaqla, təxminən 25 milyon avro təklif edib.

Keremin təklifi qəbul etdiyi və son qərarı “Benfika”nın verəcəyi deyilir.

Ötən mövsüm 12 milyon avroya “Qalatasaray”dan “Benfika”ya transfer olan Aktürkoğlu 53 rəsmi matçda 16 qol vurub, 13 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
8 Dekabr 18:10 Çək və bizə göndər!
8 Dekabr 08:20 Yeni rəqibi məlum oldu
8 Dekabr 02:40 Nazim nokautla uduzdu