Türkiyəli gənci "Çelsi"yə satmaq istəmir - “Yuventus”

26 İyul 10:00 Türkiyə 476
Türkiyəli gənci "Çelsi"yə satmaq istəmir - “Yuventus”

“Yuventus” yarımmüdafiəçi Kenan Yıldızın transferi ilə bağlı “Çelsi”nin təklifini rədd edib.

Sportinfo.az xəbər verir ki, “La Gazzetta dello Sport”un məlumatına görə, London klubu 20 yaşlı türkiyəli futbolçu üçün 65–68 milyon avro ödəməyə hazır idi. Lakin Turin təmsilçisi Yıldızı satmağı planlaşdırmır.

Kenan Yıldız 2022-ci ilin yayında “Bavariya”dan azad agent kimi “Yuventus”a keçmişdi. Hazırda onun klubla müqaviləsi iyun 2029-cu ilədək qüvvədədir.

2024/25 mövsümündə Yıldız bütün turnirlərdə 52 oyunda 12 qol vurub və 9 məhsuldar ötürmə edib.

“Transfermarkt” portalı futbolçunun dəyərini 50 milyon avro olaraq qiymətləndirir.

Digər Xəbərlər
Xəbər Lenti
8 Dekabr 18:10 Çək və bizə göndər!
8 Dekabr 08:20 Yeni rəqibi məlum oldu
8 Dekabr 02:40 Nazim nokautla uduzdu