
“Qalatasaray” Viktor Oşimenin transferi üçün "Napoli" ilə danışıqları davam etdirir.
Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi 26 yaşlı hücumu ilə artıq “3+1” illik müqavilə barədə razılığa gəlib.
Hazırda əsas diqqət Neapol klubunu razı salmağa yönəlib.
İtaliya klubu Oşimenin müqaviləsindəki 75 milyon avroluq sərbəstqalma şərtini tələb edir.
"Qalatasaray" əvvəlcə bu məbləği 5 hissədə 50 və 60 milyon avro olmaqla ödəməyi təklif etsə də, “Napoli” prezidenti Aurelio De Laurentis 75 milyon üçün israr edir.
Türkiyə mətbuatına görə, “sarı-qırmızılar” son olaraq 75 milyon avronu 4 ilə 5 mərhələdə ödəməyi təklif edib.
Klub rəsmilərinin bu gün bir araya gəlib görüşəcəyi və transferin yaxın zamanda yekunlaşa biləcəyi gözlənilir.