“Qalatasaray” maraqlanır. - Ərəblərə “yox” deyən futbolçuyla

10 İyul 2023 00:10 Türkiyə 1 199
“Qalatasaray” maraqlanır. - Ərəblərə “yox” deyən futbolçuyla

“Kristal Pelas”dan ayrılan hücumçu Vilfrid Zaha yeni kluba keçə bilər.

Sportinfo.az xəbər verir ki, onun “Napoli”yə keçmək ehtimalı var.

Fil Dişi Sahilindən olan 30 yaşlı futbolçu “Əl-Nəsr”in təklifini qəbul etməyib. “Qalatasaray” da onunla maraqlanır.

Zaha 2022/23 mövsümündə İngiltərə təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla 28 oyuna çıxıb, 7 qol vurub və 3 məhsuldar ötürmə edib.

Zahanın Premyer Liqa klubu ilə müqaviləsi başa çatıb. O, hazırda işsizdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti