"Beşiktaş"ın hücumçusunu transfer etmək istəyirlər

21 May 2024 01:30 Türkiyə 1 351
"Beşiktaş"ın hücumçusunu transfer etmək istəyirlər

"Beşiktaş"ın hücumçusu Vensan Abubakar karyerasını Rusiya Premyer Liqasında davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, "Spartak" kamerunlu forvardı transfer etmək istəyir. Bu barədə "Africa Foot" nəşri məlumat yayıb.

İstanbul klubu 32 yaşlı futbolçunu 4 milyon avroya satmağa hazırdır.

Vensan Abubakar bu mövsüm"Beşiktaş"ın heyətində meydana çıxdığı 33 rəsmi matçda 12 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"