“Fənərbaxça” heyətini yeni futbolçu ilə gücləndirib.
Sportinfo.az xəbər verir ki, istanbul təmsilçisi bu yay Fransanın “Strasburq” klubundan azad agent kimi ayrılmış müdafiəçi Aleksander Djikunu transfer edib.
28 yaşlı futbolçu ilə 3+1 illik müqavilə imzalanıb.
Mərkəz müdafiəçisi olan Djiku “Bastiya”nın yetirməsidir. “Kan”da da forma geyinmiş futbolçu 2019-cu ildən “Strasburq”da idi.
O, Liqa 1 təmsilçisində 127 oyuna çıxıb, 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

