Azərbaycan brendi Türkiyənin məşhur klubuna neçə milyon pul verəcək?

12 İyul 2023 00:30 Türkiyə 1 050
Azərbaycan brendi Türkiyənin məşhur klubuna neçə milyon pul verəcək?

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və "Qalatasaray" arasında sponsorluq müqaviləsinin maliyyə detalları bəlli olub.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, SOCAR qarşılıqlı əməkdaşlıq çərçivəsində İstanbul təmsilçisinə hər il üçün 5 000 000 avro ödəyəcək.

Bu isə o deməkdir ki, 3 illik sponsorluq sözləşməsinin ümumi dəyəri 15 000 000 avro təşkil edəcək.

Klub vəsaitin hansı istiqamətlərə xərclənəcəyini daha sonra açıqlayacaq.

"Qalatasaray" 2023-2024-cü il mövsümündə UEFA-nın bayrağı altında təşkil olunacaq bütün rəsmi klub turnirlərində (Çempionlar Liqası, Avropa Liqası ve Konfrans Liqası daxil olmaqla) SOCAR loqosu ilə çıxış edəcək.

SOCAR, həmçinin mediada "Qalatasaray Futbol Komandasının Enerji Sponsoru" ifadəsindən istifadə etmək hüququna da sahib olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti