“Hatayspor” heyətini yeni futbolçularla gücləndirib.
Sportinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi gürcü yarımmüdafiəçi Georgi Aburcaniya və serb müdafiəçi Nikola Maksimoviçlə güclənib.
Hər iki futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Aburcaniya Portuqaliyanın “Jil Visente” klubundan azad agent kimi ayrılaraq Hatay təmsilçisinə keçib. O, Gürcüstan millisində 38 matça çıxıb, 1 qol vurub.
Maksimoviçin son iş yeri isə İtaliyanın “Cenoa” klubu olub.
31 yaşlı futbolçu 2022-ci ilin sentyabrında sözügedən klubdan ayrılandan bəri işsiz idi. Mərkəz müdafiəçisi Serbiya yığmasında 25 oyun keçirib.

