10 futbolçu ilə yola davam etmək istəmədilər - İSLAHAT

5 İyul 2023 10:00 Türkiyə 875
10 futbolçu ilə yola davam etmək istəmədilər - İSLAHAT

“Antalyaspor” 10 futbolçusu ilə vidalaşıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Super Liqa klubunun rəsmi saytı məlumat yayıb.

Rusiyalı müdafiəçi Fyodr Kudryaşovla müqavilənin müddəti bitdiyi üçün onunla yeni sözləşmə imzalanmayıb.

İsveçrəli hücumçu Admir Mehmedi ilə müqaviləyə isə qarşılıqlı razılıq əsasında xitam verilib.

Antalya təmsilçisi digər klublardan icarəyə götürdüyü 8 futbolçu ilə də yollarını ayırıb.

Elita təmsilçisi Doğukan Sinik, Alassane Ndao, Cemali Sertel, Mark Mampassi, Kristian Luyindama, Balint Sabo, Bertuğ Yıldırım və Emrecan Uzunhanın icarə müddətinin bitdiyini və öz klublarına qayıtdıqlarını elan edib.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM