Addım-addım "Barselona"ya yaxınlaşır - Arda Gülər

4 İyul 2023 10:20 Türkiyə 1 229
Addım-addım "Barselona"ya yaxınlaşır - Arda Gülər

"Barselona" barəsində bütün Avropada danışılan Arda Gülərin transferində sona yaxınlaşır.

"Real-Madrid" sıxışdırsa da, Kataloniya nəhəngi 18 yaşlı ulduzla bağlı mühüm addımlar atır.

Gənc istedadın müqavilə detalları məlum olub.

Sportinfo.az xəbər verir ki, Arda Gülər dünən İspaniyanın məşhur AS qəzetinin həm üz qabığında, həm də "Real-Madrid" səhifəsində manşet olub.

Üz qabığında “Gülərin çılğınlığı” başlığından istifadə edən AS, daxili səhifədə “Gülər üçün türk ehtirası” sözlərini işlədib.

Qəzet Avropanın aparıcı klublarının yarısının, eləcə də "Real Madrid", "Barselona" və "Sevilya"ın gənc istedadı transfer etmək fikrində olduğuna diqqət çəkib.

Xəbərdə "Real-Madrid"in 17,5 milyon avroluq sərbəstlik haqqını ödəməkdən çəkinmədiyi, ispan nəhənginin Ardaya iki variant təklif etdiyi bildirilib".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti