Yenidən “Qarabağ”ı arzulayan hücumçu Türkiyədə klubunu dəyişdi

30 İyun 2023 01:50 Türkiyə 1 650
Yenidən “Qarabağ”ı arzulayan hücumçu  Türkiyədə klubunu dəyişdi

"Qarabağ"ın sabiq legioneri Dino Ndlovunun yeni klubu müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, ötən mövsümün ikinci yarısını "Boluspor"da keçirən 33 yaşlı hücumçu "Sakaryaspor"da çıxış edəcək.

Bu barədə 1-ci Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Cənubi afrikalı forvardla 2023/2024 mövsümünün sonuna kimi müqavilə imzalanıb.

Dino Ndlovu 2016-cı ilin avqust ayından 2018-ci ilin yanvarınadək "Qarabağ"da çıxış edib.

O, Ağdam təmsilçisinin heyətində 54 rəsmi matçda 19 qol vurub və 7 məhsuldar ötürmə edib.

Afrikalı “köhlən atlılar”ı 2017-ci ildə Çempionlar Liqasının qrup mərhələsinə daşıyan qolun müəllifidir.

Danimarkada “Kopenhagen”in qapısına yol tapan Dino sonrakı illərdə “Qarabağ”a dönmək istədiyini dəfələrlə etiraf edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti