"Qalatasaray"ın futbolçusu Barış Alper Yılmaz yol qəzası keçirib.
Sportinfo.az xəbər verir ki, hadisə ölkənin Giresun bölgəsinin Görele rayonunda baş verib.
Rizəyə gedən futbolçunun istifadə etdiyi maşın liman qovşağında başqa avtomobillə toqquşub.
Qəzadan xəsarət almadan sağ çıxan Yılmaz nəzarət üçün xəstəxanaya aparılıb.
O, bayramlaşmaq üçün ailəsinin yanına yollanırmış.

![]()

