Slaven Biliç yenidən Türkiyədə çalışacaq.
Sportinfo.az xəbər verir ki, 54 yaşlı mütəxəssis “Adana Dəmirspor”la anlaşıb.
Vinçentso Montella ilə yollarını ayıran Superliqa klubu xorvatiyalını razı salıb.
Son olaraq İngiltərədə “Uotford” klubunu çalışdırmış Biliç artıq Türkiyəyə uçub.
Xorvatiyalı “Lokomotiv”(Moskva), “Beşiktaş”, “Vest Hem”, “Əl-İttihad”, “Vest Bromviç”, “Beyjinq Qoan” klublarında işləyib.
"Adana Dəmirspor" Konfrans Liqasının ikinci təsnifat mərhələsində "ÇFR Kluj"la qarşılaşacaq.

