“Trabzonspor” Xorvatiya millisinin və “Dinamo”nun hücumçusu Bruno Petkoviçi heyətinə qatıb.
Sportinfo.az xəbər verir ki, Qaradəniz təmsilçisi forvardı keçidə razı salıb.
Tərəflər arasında üç illik müqavilə imzalanacaq. 28 yaşlı hücumçunun Zaqreb təmsilçisi ilə müqaviləsi 2024-cü il iyunun 30-na qədər idi.
Türkiyə klubunun baş məşqçisi Nenad Byelitsanı həmyerlisini keçidə razı salıb. Petkoviç “Kataniya”, “Bolonya”, “Verona”da oynayıb.

