“Qalatasaray” bu dəfə müdafiəçisi ilə yollarını ayırdı

24 İyun 2023 00:10 Türkiyə 877
“Qalatasaray” bu dəfə müdafiəçisi ilə yollarını ayırdı

“Qalatasaray” daha bir futbolçusu ilə yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, İstanbul klubu sol cinah müdafiəçisi Emre Taşdemirlə vidalaşıb.

Tərəflər müddəti bitən müqaviləni yeniləmək istəməyiblər.

Emre “Qalatasaray”a 4,5 il öncə “Bursaspor”dan transfer gəlmişdi. O, bu komandada 37 oyuna çıxıb 1 qol vurub.

Emre daha öncə “Bursaspor”, “Ankaragücü”, “Girəsunspor” və “Kayserispor” kimi klubların da formasını geyinib.

“Qalatasaray” bu yay Bafetimbi Qomis və Okan Koçukla da yollarını ayırmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM