2023/2024 mövsümündə azərbaycanlı bir futbolçu Türkiyə Super Liqasında çıxış edən komandada legioner hesab olunmayacaq.
Dünən Türkiyə Futbol Federasiyası (TFF) bu barədə qərar qəbul edib.
Bildirilib ki, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Azərbaycan və ya Türkmənistandan olan bir oyunçu hansısa klubda legioner sayılmayacaq.
Superliqada yeni mövsüm avqustun 11-də başlayacaq. Daha əvvəl çempionatdakı komandalara 14 legionerlə çıxış etməyə icazə verilib.
TFF-nin bu qərarı «Sportinfo TV»nin aparıcı-eksperti Elçin Cəfərovu növbəti dəfə doğru çıxarıb.
Türkiyə futbolunun bilicisi hələ 2 ay öncə saytımızda yayımladığı video-açıqlamada bildirmişdi ki, azərbaycanlı futbolçular Super Liqada legioner sayılmayacaq.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

