Türkiyə Futbol Federasiyası (TFF) Super Liqada legioner limiti ilə bağlı yeni qərar qəbul edib.
Sportinfo.az xəbər verir ki, azrtıq azərbaycanlı futbolçular Türkiyə çempionatında yerli statusu ilə oynaya biləcək.
Açıqlamada deyilir:
"Klublar Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan vətəndaşı olan bir futbolçu və Türkiyə A milli futbol komandasında oynaya bilməyən, türk vətəndaşlığı və ya mavi kart sahibi olan maksimum 1 futbolçu ilə müqavilə bağlayıb qeydiyyatdan keçirə bilərlər".
Superliqada yeni mövsüm avqustun 11-də başlayacaq. Daha əvvəl çempionatdakı komandalara 14 legionerlə çıxış etməyə icazə verilib.

