“Fənərbaxça” məşhur hücumçunu Türkiyəyə gəlməyə RAZI SALDI

22 İyun 2023 12:00 Türkiyə 1 037
“Fənərbaxça” məşhur hücumçunu Türkiyəyə gəlməyə RAZI SALDI

“İnter”in hücumçusu Edin Dzeko karyerasını “Fənərbaxça”da davam etdirməyə yaxındır.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Dzekonun tibbi müayinədən keçmək və müqavilə imzalamaq üçün İstanbula gedəcəyi bildirilib.

Bosniyalı forvard 2022/23 mövsümündə Milan təmsilçisinin heyətində 51 oyuna çıxıb, 14 qol vurub və 5 məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti