Türkiyə klublarının potensial rəqibləri - Konfrans Liqasında

21 İyun 2023 15:50 Türkiyə 1 159
Türkiyə klublarının potensial rəqibləri - Konfrans Liqasında

Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin püşkü atılıb.

Sportinfo.az xəbər verir ki, püşkatmada Türkiyə klublarının potensial rəqibləri də bəlli olub.

“Beşiktaş” bu mərhələdə “Tirana” (Albaniya) – “Dinamo” (Batumi, Gürcüstan) cütünün qalibi ilə üz-üzə gələcək.

İstanbulun digər təmsilçisi “Fənərbaxça” “Fiorita” (San-Marino) – “Zimbru” (Moldova) duelinin güclüsü ilə, “Adana Dəmirspor” isə Rumıniya komandası ÇFR-lə görüşəcək.

“Beşiktaş” və “Fənərbaxça” ilk matçlarını evdə, Adana klubu isə səfərdə keçirməlidir.

Konfrans Liqasında 2-ci mərhələnin oyunları iyulun 27-də və avqustun 3-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM