Ərdoğan möhtəşəm qol vuran futbolçuya zəng etdi: “Gözlərindən öpürəm” - VİDEO

20 İyun 2023 18:40 Türkiyə 925
Ərdoğan möhtəşəm qol vuran futbolçuya zəng etdi: “Gözlərindən öpürəm” - VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan ölkənin milli komandasının kapitanı Hakan Çalhanoğlu və gənc futbolçu Arda Gülərə zəng vurub.

Sportinfo.az xəbər verir ki, ölkə başçısı H.Çalhanoğlunu və Uelslə matçda baxımlı qol vuraraq hesabı 2:0 edən yarımmüdafiəçi A.Güləri təbrik edib.

Ərdoğan öncə kapitanla danışıb:

“Əlbəttə, təbrik edirəm. Əvvəldən sona qədər matçı izlədim.

Bu axşam bizə ayrı bir qürur hissini yaşatdınız. Latviya ilə oyunda sıxıntılı idi, amma bu gün rahat oldu”.

Daha sonra Arda ilə danışan Türkiyə Prezidenti qoluna görə gənc oyunçuya təbriklərini çatdırıb:

“Arda, gözlərindən öpürəm və həqiqətən möhtəşəm qoldur. Bunlar çox nadir qollardır”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti