“Spartak”ın hücumçusu Şamar Nikolson karyerasını Türkiyə çempionatında davam etdirə bilər.
Sportinfo.az xəbər verir ki, “Qalatasaray” yamaykalı forvardın xidmətində maraqlıdır.
Məlumata görə, yaxın günlərdə “Qalatasaray” Nikolson üçün rəsmi təkliflə çıxış edəcək.
Türkiyə klubu ötən mövsüm Şamarla maraqlansa da, tərəflər transfer məsələsində razılığa gələ bilməyib. İndi “aslanlar” futbolçu ilə yenidən maraqlanır.
Nikolson ötən mövsüm Rusiya Premyer Liqasında 22 oyunda 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

