AVRO-2024-ün seçmə mərhələsində III tura start verilib.
Sportinfo.az xəbər verir ki, Türkiyə millisi Latviyanın qonağı olub.
Görüş "ay-ulduzlular"ın çətin qələbəsi ilə başa çatıb - 3:2.
Türkiyə çətin matçı 90+5 dəqiqə ilə dəf etməyi bacarıb.
Bununla da “ay-ulduzlular” xallarını 6-ya çatdıraraq D qrupunda zirvəyə yüksəlib.
Latviya - Türkiyə - 2:3
Qollar: Eduards Emsis, 51. Kristers Tobers, 90+4 - Abdülkerim Bardakcı, 22. Cengiz Ünder, 62. İrfancan Kahveci, 90+6
Qırmızı vərəqə: Eduards Emsis, 83 (Latviya)

