“Fənər” 1,2 milyon ödədi - İcarəyə götürdüyü qapıçı üçün

16 İyun 2023 10:20 Türkiyə 765
“Fənər” 1,2 milyon ödədi - İcarəyə götürdüyü qapıçı üçün

“Fənərbaxça” “Göztəpə”dən icarəyə götürdüyü qapıçı İrfan Can Eğribayatın transfer hüquqlarını alıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisi məlumat yayıb.

24 yaşlı qolkiper ötən mövsümün əvvəlində satınalma şərti ilə icarəyə götürülmüşdü. İstanbul klubu 1,2 milyon avro ödəməklə qolkiperi birdəfəlik heyətə qatıb.

Tərəflər 4 illik müqaviləyə imza atıblar. Qapıçı geridə qalan mövsümdə 13 oyuna çıxıb, 13 qol buraxıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti