Türkiyə millisində ciddi problem yarandı

15 İyun 2023 10:20 Türkiyə 831
Türkiyə millisində ciddi problem yarandı

Türkiyə millisində itki yaşanıb.

Sportinfo.az xəbər verir ki, millinin aparıcı üzvü Çağlar Söyüncü zədələnib.

27 yaşlı müdafiəçinin sağ ayaq əzələsində problem yaranıb. Belədə, Söyüncünün AVRO-2024-ün seçmə mərhələsindəki Uels və Latviya matçlarında oynamayacağı dəqiqləşib.

O, müalicəsi üçün düşərgəsini tərk edib. Türkiyə iyunun 16-da Latviya, 19-da isə Uels ilə üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM