"O, pul üçün Səudiyyə Ərəbistanına gedəcək futbolçu deyil”

15 İyun 2023 00:20 Türkiyə 795
"O, pul üçün Səudiyyə Ərəbistanına gedəcək futbolçu deyil”

“Qalatasaray”ın baş məşqçisi Okan Buruk yayda İngiltərənin “Çelsi” klubundan bir neçə futbolçu transfer etmək istədiklərini diqqətə çatdırıb.

Sportinfo.az xəbər verir ki, o, Premyer Liqa təmsilçisinin 2022/23 mövsümündəki çıxışından danışıb:

“Çelsi” 2022/23 mövsümündə 20 futbolçu transfer etsə də, mövsümü 13-cü pillədə bitirdi. Söhbət təkcə oyunçu almaqdan getmir.

Transfer edilən futbolçuları düzgün oynada bilmək lazımdır. “Çelsi”dən almaq istədiyimiz çoxlu futbolçu var”.

Türkiyəli mütəxəssis, “Mauro İkardi Səudiyyə Ərəbistanına gedəcək” sualını belə cavablandırıb:

“O, pul üçün Səudiyyə Ərəbistanına gedəcək futbolçu deyil”.

Türkiyəli jurnalist Ekrem Konurun sözlərinə görə, İstanbul təmsilçisi London klubundan hücumçular Pyer-Emerik Obameyanq və Kristian Pulişiçi transfer etməyi hədəfləyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti