Həvəskarlar Liqasında oyundan sonra dava düşdü, iki futbolçu xəstəxanalıq oldu - FOTO

14 İyun 2023 01:30 Türkiyə 590
Həvəskarlar Liqasında oyundan sonra dava düşdü, iki futbolçu xəstəxanalıq oldu - FOTO

Türkiyədə Həvəskarlar Liqasında keçirilən bir matçdan sonra futbolçular arasında dava düşüb.

Sportinfo.az xəbər verir ki, qrupda birinci yer uğrunda əhəmiyyətli olan "Koldere" ilə "Horozköyspor" arasında keçirilən qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

Final fitindən sonra ara qarışıb. Belə ki, "Horozköyspor"un oyunçuları rəqib həmkarlarına hücum çəkib.

"Koldere"nin formasını geyinən Mücahit Coşkunla Tarık Doğan təpik və yumruq zərbələrinə məruz qalıb, bədənlərinin müxtəlif yerlərindən yaralanaraq xəstəxanaya yerləşdiriliblər.

Asayiş keşikçiləri meydanda baş verənlərdən sonra futbolçuları çətinliklə sakitləşdirməyə nail olub.

Oyundan sonra istintaq başladılıb və dava edən oyunçuların ağır cəzalar alacağı gözlənilir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti