Mirça Luçesku yenidən karyerasını Türkiyədə davam etdirəcək?

13 İyun 2023 18:40 Türkiyə 798
Mirça Luçesku yenidən karyerasını Türkiyədə davam etdirəcək?

Kiyev “Dinamo”sunun baş məşqçisi Mirça Luçesku karyerasını Türkiyədə davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, son günlər rumıniyalı mütəxəssisin adı Super Liqa təmsilçisi “Fənərbaxça” ilə hallanır.

Baş məşqçi Jorje Jezus Türkiyə kubokunun “Başakşəhər”lə final matçından sonra (2:0) komandadan getdiyini bəyan edib.

Luçesku 2020-ci ilin yayından “Dinamo”nu çalışdırır. Onun klubla hazırkı müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub.

O, 2000-2002-ci illərdə “Qalatasaray”ın, 2002-2004-cü illərdə “Beşiktaş”ın, 2017-2019-cu illərdə isə Türkiyə milli komandasının “sükanı arxasında” olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti