Tanınmış hücumçu “Fənərbaxça”nı Braziliya klubuna dəyişdi

13 İyun 2023 12:20 Türkiyə 1 142
Tanınmış hücumçu “Fənərbaxça”nı Braziliya klubuna dəyişdi

“Fənərbaxça”nın hücumçusu Enner Valensiya karyerasını Braziliyada davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, o, azad agent kimi “İnternasional”a keçib.

33 yaşlı futbolçu ilə imzalanan sözləşmənin şərtləri haqda məlumat verilməyib.

Valensiya 2020-ci ilin yayından “Fənərbaxça”da çıxış edirdi. O, 2022/23 mövsümündə 48 oyunda 33 qol vurub və 7 məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti