“Fənərbaxça” ilə yollarını ayırdı – Tanınmış baş məşqçi

12 İyun 2023 12:00 Türkiyə 785
“Fənərbaxça” ilə yollarını ayırdı – Tanınmış baş məşqçi

“Fənərbaxça”nın baş məşqçisi Jorje Jezus İstanbul təmsilçisindən ayrılıb.

Sportinfo.az xəbər verir ki, portuqaliyalı mütəxəssis bu barədə özü məlumat verib.

O, ötən gecə Türkiyə kubokunun “Başakşəhər”lə final oyunundan (2:0) sonra komandadan getdiyini bəyan edib.

Jezus “Fənərbaxça”nı mövsümün əvvəlindən çalışdırırdı. O, bu komandaya 9 il sonra titul qazandırsa da, müddəti bitən müqaviləsini yeniləmək istəməyib və azad agent kimi ayrılıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti