Mahir “Konyaspor”u xərcə saldı - PUL ÖDƏYƏCƏKLƏR

21 Mart 2023 17:20 Türkiyə 1 682
Mahir “Konyaspor”u xərcə saldı - PUL ÖDƏYƏCƏKLƏR

“Konyaspor” Türkiyə Super Liqasının 26-cı turunda “Qalatasaray”ı məğlub edib (2:1).

Sportinfo.az xəbər verir ki, Konya təmsilçisi Azərbaycan millisinin hücumçusu Mahir Emreli də daxil olmaqla, 6 oyunçusuna görə cərimə ödəyəcək.

Buna səbəb həmin futbolçuların sarı vərəqə alması olub.

Texniki zonada əyləşən bir köməkçi məşqçi də etiraz etdiyi üçün qırmızı vərəqə ilə cəzalanıb.

Qaydalara görə, hər vərəqə konyalıları cərimə ödəməyə vadar edəcək. Eyni zamanda, “Konyaspor” görüş zamanı meydançada yaşanan qalmaqal səbəbindən də cəzalandırılacaq.

“Qalatasaray”la qarşılaşmada 79 dəqiqə meydanda olan Mahir 15-ci dəqiqədə sarı vərəqə alıb.

Emreli “Qalatasaray”la oyunda zədələndiyi üçün Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsində Avstriya və İsveçlə oyunlarında iştirak etməyəcək.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu